Dalga Televiziyasi Tbilisidə “Şərq tərəfdaşlığı” proqramının məktəbi açılacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3366
DünənDünən4243
Bu həftəBu həftə7609
Bu ayBu ay62509
Bu günə qədərBu günə qədər10334111

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə “Şərq tərəfdaşlığı” proqramının məktəbi açılacaq

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han sentyabrın 3-də Gürcüstana səfər edəcək.

İki günlük səfər çərçivəsində Avropa komissarı Tbilisidə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbinin açılış mərasimində iştirak edəcək.

Məktəbdə "Şərq tərəfdaşlığı"proqramının 6 üzv ölkəsinin tələbələri təhsil alacaqlar. Tələbələr müsabiqə yolu ilə seçiləcəklər.

Təhsil ocağında Avropa standartlarına uyğun beynəlxalq təhsil proqramları təklif olunacaq və məzunlara beynəlxalq bakalavr diplomu veriləcək.

Avropa məktəbi yeni bina inşa olunana qədər "Yeni məktəb" adlı özəl məktəbdə yerləşəcək. 2018-2019 tədris ilində məktəbdə təhsil alacaq 30 tələbə artıq seçilib.

Y.Han Gürcüstana səfəri çərçivəsində həmçinin prezident Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze və xarici işlər naziri David Zalkaliani ilə görüşəcək. 

Saytda Axtarış

Son xəbərlər