Bu həftə parlament seçkiləri keçirilərsə, kimə səs verərdiniz sualına vətəndaşlar belə cavab verdi

Ölkədə bu həftə parlament seçkiləri olsaydı, kimə səs verərdiniz sualına, əhalinin 33%-i “Gürcü Arzusu”na, 37%-i isə müxalifətə səs verəcəyini bildirib.

24News.ge xəbər verir ki, bu barədə Beynəlxalq Respublika İnstitutu (IRI) əhali arasında sorğu aparıb.

IRI-nin apardığı sorğunun nəticələrini aşağıda sizə təqdim edirik:

● Gürcü Arzusu 33%;

● Vahid Milli Hərəkat 15%;

● Avropalı Gürcüstan 4%;

● Quruculuq Strategiyası 4%;

● Vətənpərvərlər Alyansı 3%;

● Leyboristlər Partiyası 3%;

● Vətəndaş Hərəkatı 2%;

● Lelo Gürcüstan Naminə 2%;

● Girçi partiyası 2%:

Bundan başqa, respodentlərin 25%-i kimə səs verəcəyinə hələ qərar vermədiyini və 5%-i isə heçkimə səs verməyəcəyini deyib.

Qeyd edək ki, sorğu 4 və 21 avqust tarixləri arasında təsadüfi seçmə yolu ilə 1500 respodentlə aparılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey