Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.

Dalğatv “AZƏRTAC”a istinadən  xəbər verir ki, Ukrayna Prezidenti dövlətimizin başçısını Zəfər Günü və Konstitusiya Günü münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan-Ukrayna münasibətlərinin inkişaf perspektivləri, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, özəl sektorlar arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı səfərlər müzakirə olunub.

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri, bu sahədə ölkəmizin təcrübəsinin Ukrayna üçün əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey