İlham Əliyev və Mehriban Əliyeva VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

Dalğatv “AZƏRTAC”a istinadən xəbər verir ki, Dünya Köçəri Oyunları müxtəlif xalqları bir araya gətirən dostluq, birlik və qarşılıqlı hörmət dəyərlərinin təşviqinə, eləcə də köçəri xalqların zəngin tarixi-mədəni irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm beynəlxalq platformadır.

Oyunlar çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan idmançılar köçəri xalqlar arasında tarixən formalaşmış ənənəvi idman növləri üzrə mübarizə aparacaqlar. Proqrama atçılıq, müxtəlif güləş növləri, oxatma və digər milli idman növləri daxildir.

İdman yarışları ilə yanaşı, tədbir müddətində iştirakçı ölkələrin mədəni irsini, milli adət-ənənələrini və folklorunu əks etdirən müxtəlif proqramların təqdim olunması nəzərdə tutulur.

VI Dünya Köçəri Oyunları sentyabrın 6-dək davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey