İctimai-siyasi xadim Ramiz Bəkirovun 70 illiyi qeyd edilib

Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində Gürcüstan Parlamentinin sabiq deputatı, tanınmış siyasi və ictimai xadim Ramiz Bəkirovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri, eləcə də müxtəlif bölgələrdən gəlmiş qonaqlar iştirak ediblər.

Çıxış edənlər Ramiz Bəkirovun uzun illər ərzində Gürcüstanın ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərdiyini, ölkədə yaşayan azərbaycanlıların hüquq və mənafelərinin müdafiəsində mühüm rol oynadığını vurğulayıblar. Natiqlər yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və yeni uğurlar arzulayıblar.

Mərasim çərçivəsində Ramiz Bəkirova fəxri diplomlar, mükafatlar və xatirə hədiyyələri təqdim olunub. Çingiz Yaqubovun aparıcılığı ilə keçirilən tədbirin bədii hissəsində aşıq Həvəskarın təqdim etdiyi musiqi proqramı yubileyə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey