Zelenski Ukraynanın Baş prokurorunu vəzifəsindən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Baş prokuroru Ruslan Kravçenkonu vəzifəsindən azad edib.Dalgatv “APA” ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq fərman Ukrayna Prezident Ofisinin rəsmi saytında dərc olunub.

Məlumata görə, Kravçenko sentyabrın 7-də istefa ərizəsi təqdim edib. Onun bu addımı prokurorluq əməkdaşlarının da adlarının hallandığı Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) keçirdiyi “Karfagen” əməliyyatından sonraya təsadüf edib.

Kravçenko sentyabrın 14-də Baş prokuror vəzifəsində olarkən NABU direktoruna qarşı şübhə barədə qərar imzaladığını açıqlayıb. O, həmçinin NABU və SAP rəhbərlərini istefaya çağırıb.

NABU və SAP isə Kravçenkonun açıqlamasını “müstəqil antikorrupsiya orqanlarına qarşı sistemli hücumun davamı” kimi qiymətləndirib.

Zelenski sentyabrın 14-də Ali Radanı Kravçenkonun Baş prokuror vəzifəsindən azad edilməsini təsdiqləməyə çağırıb.

Ukrayna mediası daha əvvəl Kravçenkonun sentyabrın 14-nə keçən gecə ölkəni tərk etdiyini yazıb. O, daha sonra Ukraynadan getdiyini təsdiqləyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey