Azərbaycan və Türkiyə arasında diaspor siyasəti sahəsində Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığı arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dalğatv xəbər verir ki, sənədin əsas məqsədi Azərbaycan və Türkiyə arasında diaspor məsələləri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsidir.

Memoranduma əsasən, tərəflər diaspor siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini artıracaq, həmçinin məlumat və təcrübə mübadiləsini təşviq edəcəklər.

Sənəd çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə proqramların həyata keçirilməsi, eləcə də diaspor məsələlərinə dair görüş və konfransların keçirilməsi nəzərdə tutulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey