Gürcüstanın hökumət rəsmisi müsəlman icmasının qayğıları ilə maraqlanıb

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentlyində Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, agentlik sədri Zaza Vaşakmadze GMİ sədri, şeyx Hacı Ramin İgidovu və idarənin müftisi Hacı Yasin Əliyevi qəbul edib.

Görüşdə Z.Vaşakmadze müsəlman icmasının qayğıları və GMİ-nin son illər həyata keçirdiyi fəaliyyətlə maraqlanıb. GMİ nümayəndələri planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

Agentlik sədri idarəyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, R.İgidov ötən ilin dekabrında növbəti 5 il müddətinə GMİ-nin sədri seçilib.

Daha əvvəl Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Baydar kəndindəki məscidin əsaslı bərpa olunması barədə məlumat yayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey