Azərbaycan Gimnastika Federasiyasının 15-ci Ümumi Yığıncağı keçirilib

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 15-ci Ümumi Yığıncağı keçirilib. Tədbirdə İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya üzvləri və idmançılar iştirak ediblər.

İclasda mandat komissiyasının üzvləri təsdiqlənib, əvvəlki Ümumi Yığıncağın protokolu və gündəliyi qəbul edilib. AGF-nin baş katibi Fərid Qayıbov 2024-cü ildə gimnastika sahəsində əldə olunmuş nailiyyətlər, keçirilmiş beynəlxalq yarışlar, regionlarda görülən işlər və federasiyanın beynəlxalq uğurları barədə hesabat təqdim edib. Həmçinin, maliyyə hesabatı dinlənilib.

2024-cü ildə gimnastika sahəsində uğur qazanmış idmançılara xatirə medalları təqdim olunub. Tamblinq üzrə Avropa çempionatında komanda hesabında birinci yer tutmuş Bilal Qurbanov və Hüseyn Əsədullayev, akrobatika gimnastikası üzrə dünya çempionatında üçüncü yer qazanmış Abdulla Əl-Məşayxi, Rəsul Seyidli, Riad Səfərov və Seymur Cəfərov AGF-nin gümüş medalları ilə təltif olunublar.

Yığıncaq rəsmi bağlanış mərasimi ilə yekunlaşıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey