Vaşinqton Moskvaya yeni sanksiyalar tətbiq etdi
ABŞ terrorizmlə mübarizə çərçivəsində Rusiyadan olan üç fiziki şəxsə, üç şirkətə və bir quru yükdaşıyan gəmiyə qarşı sanksiya tətbiq edib.
Məlumata görə, sanksiyalar Yəmənin “Ənsar Allah” hərəkatına maliyyə və maddi dəstək verən şəxslərə qarşı yönəlib. Bu çərçivədə Rusiyadan on milyonlarla dollar dəyərində silah, həssas mallar və Ukrayna taxılının tədarükü məsələsi diqqət mərkəzində olub.
Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp husilərə qarşı hərbi əməliyyatın başladığını açıqlayıb.