Tramp Zelenskiyə çağırış edib: “Razılaşma əldə olunmasa, nəticəsi çox pis olacaq”

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini müharibənin dayandırılması istiqamətində razılaşma əldə etməyə çağırıb.

“Dalğatv”  “AZƏRTAC”-a istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

“Biz Zelenskinin razılaşma əldə etməsini istəyirik”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, Vaşinqton Ukraynaya böyük həcmdə yardım göstərib, lakin müharibə çoxsaylı insan tələfatına və ciddi maliyyə itkilərinə səbəb olub.

ABŞ Prezidenti razılaşma əldə olunmayacağı təqdirdə nəticələrin ağır olacağı barədə xəbərdarlıq edib.

O, həmçinin Avropa ölkələrinin də uzun müddətdir davam edən müharibədən yorulduğunu vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey