Norveç Kralı V Harald 89 yaşında vəfat edib
Norveç Kralı V Harald 89 yaşında vəfat edib.
“Dalğatv” xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb.
Bildirilib ki, kral avqustun 28-də yerli vaxtla saat 06:35-də müalicə aldığı Oslo Universitet Xəstəxanasında vəfat edib. V Harald bir müddət əvvəl səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmiş, daha sonra qanında bakterial infeksiya aşkarlanmışdı.
Qeyd edək ki, V Harald 1991-ci ildə atası V Olavın vəfatından sonra taxta çıxıb və 35 ildən artıq Norveç kralı olub. O, təxminən 570 il ərzində Norveçdə doğulan ilk taxt varisi kimi də tarixə düşüb.
V Haraldın vəfatından sonra oğlu Haakon Norveç taxtına çıxıb.
