ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib

Vladimir Putin sülh danışıqlarına könüllü şəkildə razılıq vermədiyi təqdirdə, Amerika Birləşmiş Ştatları Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyaları qətiyyətlə sərtləşdirəcək.

“Dalğatv” xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, prezident Donald Tramp bu mövqeyini açıq şəkildə ifadə edib.

“Co Bayden administrasiyası dövründə tətbiq olunan sanksiyalar kifayət qədər effektiv deyildi. Onlar sanksiyaların təsirini məhdud saxladılar, çünki daxili neft qiymətlərinin artacağından ehtiyat edirdilər”, – deyə Bessent bildirib.

Qeyd edək ki, sülh danışıqları başladıqdan sonra Ağ Ev dəfələrlə bəyan edib ki, əgər Rusiya atəşkəs və danışıqlardan imtina edərsə, bu, yeni və daha sərt sanksiyalarla nəticələnəcək. Müzakirə edilən sanksiya tədbirlərindən biri də Rusiyadan ABŞ və digər ölkələrə ixrac olunan məhsullara yüksək tariflərin tətbiqidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey