İsrail Qəzzaya ərzaq maddələrinin girişinə icazə verəcək
İsrail, Qəzza zolağında aclıq böhranının qarşısını almaq məqsədilə bölgəyə əsas qida məhsullarının daxil olmasına icazə verəcək.
“Dalğatv” xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb, – APA xəbər verir.
Bəyanatda bildirilir ki, “İsrail Müdafiə Qüvvələrinin tövsiyəsi və HƏMAS-a qarşı intensiv döyüş əməliyyatlarının genişləndirilməsinin zəruriliyi nəzərə alınaraq, İsrail Qəzza əhalisinin aclıqla üzləşməməsi üçün əsas ərzaq məhsulları ilə təmin olunmasına şərait yaradacaq”.
Eyni zamanda qeyd olunub ki, İsrail humanitar yardımın HƏMAS-ın əlinə keçməsinin qarşısını almaq və bu yardımların terrorçulara çatmamasını təmin etmək üçün tədbirlər görəcək.