Tbilisidə Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti binalarının qarşısında etiraz aksiyası keçirilib.
Tbilisidə Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti binalarının qarşısında etiraz aksiyası keçirilib.
“Dalğatv”- nin məlumatına görə, paytaxtın müxtəlif hissələrindən toplaşan aksiya iştirakçıları adıçəkilən qurumların qarşısına yürüş ediblər. Etirazçılar polis müşayiəti ilə hərəkət edərək yolu birtərəfli şəkildə bağlayıblar.
Aksiya iştirakçıları etirazlar zamanı saxlanılan şəxslərin fotoşəkillərinin əks olunduğu plakatlar daşıyıblar. Onların əsas tələbləri ölkədə növbədənkənar seçkilərin keçirilməsi və saxlanılan şəxslərin azadlığa buraxılmasıdır.
Etiraz zamanı iştirakçılar Gürcüstan, ABŞ və Avropa İttifaqının bayraqlarını dalğalandırıb, həmçinin “Vicdan məhbuslarına azadlıq”, “Cəzalandırılmış bir dənə də olsun polis yoxdur”, “Rejim əsirlərini azad edin” kimi şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.
Yürüşdə saxlanılan şəxslərin ailə üzvləri də iştirak ediblər.