Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb

Parisdə “Saint-Germain-des-Prés” 24-cü Caz Festivalında azərbaycanlı gənc pianaçu Etibar Əsədli öz triosu ilə iştirak edib.

“Dalğatv” “ Azərtac”a istinadən xəbər verir ki, muğamın sözləri ilə caz dinamikasının qarışığı, ənənəvi muğam melodiya və modallığı ilə cazın müxtəlif harmoniya və ritmlərinin sintezi olan “caz-muğam”, başqa sözlə desək “Azərbaycan cazı” Parisin Latın məhəlləsinin mərkəzində yerləşən “Maison de l’Océan” zalında sürəkli alıqışlarla qarşılanıb. Gənc pianoçu E.Əsədli öz triosu ilə “Saint-Germain-des-Prés” 24-cü Caz Festivalında fransız cazsevərlərin qəlbini fəth edib.

Qeyd edək ki, hər il may ayında “Saint-Germain-des-Prés” Caz Festivalı Parisin ən ikonik məkanlarını canlandırır, məhəlləni əsl musiqi səhnəsinə çevirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey