Tbilisidə Qurban Bayramı münasibətilə bayram namazı qılınıb

Gürcüstanda yaşayan müsəlman icması da dünya müsəlmanları ilə birlikdə Qurban Bayramını qeyd edir. “Dalğatv” xəbər verir ki , bayram münasibətilə Tbilisinin Cümə məscidində izdihamlı bayram namazı qılınıb.

Namaz öncəsi Gürcüstan Müsəlmanları İdarəsinin şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov bayram xütbəsi ilə çıxış edib. Müfti çıxışı zamanı müsəlmanları Qurban Bayramı münasibətilə təbrik edib, onların bu mübarək ayda etdikləri duaların və kəsilən qurbanların Uca Allah tərəfindən qəbul olunmasını diləyib.

Bayram xütbəsindən sonra paytaxt sakinləri və şəhərə gəlmiş qonaqlar birlikdə bayram namazı qılıblar.

Qeyd edək ki, Qurban Bayramı müsəlman dünyasının ən önəmli dini bayramlarından biridir və bu əlamətdar gün Gürcüstanda yaşayan müsəlmanlar tərəfindən hər il xüsusi ehtiramla qeyd olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey