Rusiya ordusu Ukraynaya qarşı irimiqyaslı hava hücumu həyata keçirib

5 iyun 2025-ci il saat 20:00-dan 6 iyun səhər saatlarınadək Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu təşkil edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə 452 ədəd müxtəlif tipli hava hücum vasitəsi Ukrayna istiqamətinə buraxılıb. Onlardan 407-si “Shahed” tipli zərbə pilotsuz uçuş aparatı (PUA) və müxtəlif tipli imitasiya dronları, 6-sı “İskəndər-M” və KN-23 tipli ballistik raketlər, 36-sı X-101 qanadlı raketlər, 2-si “İskəndər-K” raketi, 1-i isə X-31P tipli radioəleyhinə raket olub.

Hücumlar əsasən Kursk, Voronej, Saratov vilayətləri, Primorsko-Axtarsk, Şatalovo, Qvardeyskoye (Krım) və Qara dəniz üzərindən həyata keçirilib.

Rusiya tərəfindən həyata keçirilən hava hücumunun qarşısını almaq məqsədilə Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket bölmələri, radioelektron mübarizə və PUA əleyhinə bölmələr, həmçinin mobil atəş qrupları səfərbər edilib.

Ukrayna Silahlı Qüvvələrinin ilkin məlumatına əsasən, hücum zamanı buraxılmış 452 hava hücum vasitəsindən 406-sı zərərsizləşdirilib. Belə ki, onlardan 199 ədəd PUA birbaşa məhv edilib, 169 ədəd PUA isə radioelektron mübarizə vasitələri ilə funksiyasız hala salınıb.

Ukrayna tərəfi qeyd edir ki, bu hücum son aylarda qeydə alınan ən genişmiqyaslı hava hücumlarından biri olmaqla yanaşı, Rusiya tərəfinin məqsədi mülki infrastruktur obyektlərinə və dinc əhaliyə psixoloji təzyiq göstərmək və onları qorxu altında saxlamaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey