Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Gürcüstandakı səfiri Mustafa Türker Arı ilə görüşüb.

“ Dalğatv” xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata görə, görüş zamanı Gürcüstan və Türkiyə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, eləcə də ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər birgə regional layihələr və ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar.

“Bu kontekstdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb”, – Hökumət Administrasiyasının məlumatında qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey