Netanyahu: İrana qarşı hərbi əməliyyat qaçılmazdır

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bildirib.

“Dalğatv”xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Məlumata görə, Netanyahu bu fikirləri təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirə zamanı səsləndirib.
İsrail Müdafiə Ordusunun (IDF) yüksək rütbəli zabitlərindən biri isə İsrail ordusu ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı mümkün hərbi əməliyyatla bağlı əvvəlcədən razılaşdırılmış və təsdiqlənmiş birgə əməliyyat planlarına malik olduğunu açıqlayıb.

Hərbi rəsmisinin sözlərinə görə, hazırda əsas məsələ əməliyyatın həyata keçirilib-keçirilməyəcəyi deyil, onun nə vaxt başlanacağıdır.

Bildirilib ki, İsrail və ABŞ tərəfləri bununla bağlı ABŞ Prezidenti Donald Trampın yekun qərarını, eləcə də hərbi əməliyyatın başlanması üçün əlverişli vaxtın müəyyənləşdirilməsini gözləyirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey