ABŞ kəşfiyyatı: İran ballistik raket arsenalının yarıdan çoxunu bərpa edib

ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, İranın arsenalında hazırda 1500–2500 ballistik raket var. Bu isə Tehranın müharibədən əvvəlki raket ehtiyatının yarıdan çoxunu bərpa etdiyini göstərir.

“Dalğatv” “APA”ya istinadən  xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilib ki, İran raket arsenalını əsasən əvvəlcədən ehtiyatda saxladığı komponentlər hesabına bərpa edir. ABŞ və İsrailin zərbələri nəticəsində bəzi raket anbarlarının girişləri dağıdılsa da, peyk görüntüləri İranın həmin obyektlərin bir qismini yenidən istifadəyə açaraq raketləri çıxardığını göstərir.

ABŞ kəşfiyyatı İranın raket ehtiyatlarının dəqiq həcmini müəyyənləşdirməyin çətin olduğunu və açıqlanan rəqəmlərin təxmini xarakter daşıdığını vurğulayır.

Bununla belə, kəşfiyyatın qiymətləndirməsi ABŞ Prezidenti Donald Trampın İranın raket arsenalının 85 faizinin məhv edildiyinə dair açıqlaması ilə ziddiyyət təşkil edir.

İsrail rəsmiləri də İranın arsenalında 1500-dən çox ballistik raketin olduğunu ehtimal edirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey