Rusiya Estoniyanın sərhəd-keçid məntəqələrini bağlamaq niyyəti ilə bağlı məlumatları yoxlayacaq

Rusiya Estoniyanın iki ölkə arasındakı bütün sərhəd-keçid məntəqələrini bağlamaq niyyətində olması barədə yayılan məlumatların doğruluğunu araşdıracaq.

Dalgatv “Apa”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Estoniyanın Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq planı təsdiqlənərsə, Moskva bunu rusofob siyasətin növbəti təzahürü kimi qiymətləndirəcək.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddə yerləşən bütün keçid məntəqələrinin bağlanacağını açıqlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey