ABŞ-də uçuşların idarə edilməsi sistemi 2029-cu ilədək yenilənə bilər

ABŞ hakimiyyəti ölkənin hava hərəkətinin idarə edilməsi sisteminin modernləşdirilməsi layihəsini hazırlayıb. Zəruri maliyyə vəsaiti vaxtında ayrılarsa, layihənin 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başa çatdırılması mümkün olacaq.

“Dalğatv” “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu ABŞ-nin nəqliyyat naziri Şon Daffi CNN telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hava hərəkətinin idarə edilməsində sabitliyi təmin edəcək yeni telekommunikasiya sisteminin arxitekturası artıq hazırdır və layihənin həyata keçirilməsi üçün əlavə maliyyələşdirmə tələb olunur.

Ş.Daffi qeyd edib ki, Konqresin ötən il nazirliyə ayırdığı 12,5 milyard dollar dispetçer qüllələrindəki avadanlıqların yenilənməsinə yönəldilib. Lakin bu vəsait yeni rabitə infrastrukturunun qurulması və 1990-cı illərdən istifadə olunan proqram təminatının modernləşdirilməsi üçün kifayət etmir.

Nazir daha əvvəl köhnəlmiş hava hərəkətinin idarə edilməsi sisteminin tam yenilənməsi üçün ümumilikdə 50 milyard dollar tələb olunduğunu açıqlamışdı.

Xatırladaq ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinin idarə edilməsi mərkəzlərində yaranan rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı. Son 25 ilin ən uzunmüddətli fasiləsi kimi qiymətləndirilən hadisə nəticəsində cümə və şənbə günləri 10 mindən çox reys ləğv 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey