ABŞ Yaxın Şərqə 4000-dən çox hərbçi göndərməyə başlayıb
ABŞ Fort-Breqqedə (Şimal Karolina ştatı) yerləşdirilmiş 82-ci hava-desant diviziyasının tərkibindəki 4 mindən çox hərbi qulluqçunu Küveytə göndərməyə başlayıb.
Bu barədə “Associated Press” (AP) agentliyi bildirib.
Qeyd edilir ki, bu bölmə İran generalı Qasım Süleymaninin İraqda öldürülməsinə görə yaranmış gərginliyin artmasını nəzərə alaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun müddətini uzatması üçün yola düşür.
Agentlik bununla bağlı ABŞ-ın Hərbi Qüvvələrinin 82-ci hava-desant diviziyasının rəsmi nümayəndəsi, polkovnik leytenant Mark Bernsə istinad edir. Onun məlumatlarına görə, təxminən 700 hərbi qulluqçu artıq bu həftədə Küveytə göndərilib. Növbədə – daha 3,5 min Amerika desantçısı var. Onların göndərişinin bir neçə gün sonra başa çatacağı gözlənilir.
ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun müddətini uzatması Vaşinqtonun İranın Suleymaninin həlak olmasına görə ehtimal edilən qisas addımı barəsində ehtiyatlılığını əks etdirir.