Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili əhalini 28 noyabr mitinqinə səsləyib

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili 28 noyabrda keçiriləcək mitinqdə iştirak etməsi üçün ictimaiyyətə çağırış edib. O, sosial şəbəkədə paylaşdığı müraciətdə ölkədə azadlıq, ədalət, birlik, milli kimlik, sülh və müstəqilliyin qorunmasının vacibliyini vurğulayıb.

Zurabişvili hökumətin anti-Avropa siyasətini, siyasi məhbuslarla bağlı ədalətsiz qərarları, “rus qanunları”na əsaslanan repressiv idarəçiliyi, korrupsiya qalmaqallarını, mədəni irsin qorunması sahəsində problemləri, təhsil islahatlarını, investisiya mühitinin pisləşməsini, emigrantlarla bağlı yeni qərarları və ekoloji zərərə səbəb olan layihələri tənqid edib.

O bildirib ki, bu narazılıqlardan hər hansı biri ilə razılaşan vətəndaşlar 28 noyabr mitinqinə qoşulmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey