Gürcüstanda azərbaycanlı ticarətçiyə 30 min dollardan çox ziyan dəyib

Gürcüstanın Marneuli rayonunda Şulaver-Sadaxlı magistral yolunun kənarında yerləşən ticarət köşkündə yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın nəticəsində Natiq Bayramova məxsus köşk və köşkdəki mallar yanaraq yararsız hala düşüb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın saat 18:00 radələrində baş verib.

Ticarət köşkündə yuyucu, kimyəvi vasitələr və ərzaq məhsulları olub.

N.Bayramov yanğın nəticəsində ona, təxminən, 90 min lari (32 min dollardan çox) məbləğində ziyan dəydiyini bildirib.

Yanğının başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey