Prezident dilə gəldi “Yoruldum artıq”
“Bir neçə televiziyanın mənə qarşı etdiyi qərəzdən çox yoruldum”.
Bu sözləri jurnalistlərə müsahibəsində prezident Salome Zurabişvili deyib.
O bildirib ki, mənim dediyim sözləri sonadək izləmirlər və təhrif edirlər:
“Siz cümləni axıra qədər dinləmirsiz, gürcü dilini başa düşmürsünüzsə, bu sizin problemininizdir. Məni zorakılıq tərəfdarı kimi göstərməniz həqiqətən gülməlidir. Siz oxumağı öyrənməlisiniz. Mən keçən çıxışımda zorakılığı dəstəkləyən bir söz deməmişəm. Mən demişdim ki, zorakılıq kişilik deyil. Başqa da deyəcəyim yoxdur”, – deyə prezident bildirib.
Qeyd edək ki, bir neçə gün bundan öncə Salome Zurabişvili gənc futbolçu Giorgi Şakaraşvilinın ölüm faktı ilə bağlı verdiyi açıqlamada belə bir ifadə işlətdiyi iddia olunub: “Qrup halında zorakılıq kişilik deyil, kişilik təkə-tək döyüşdür”. bu sözlərdən sonra prezident ciddi tənqidlərə məruz qalıb.