Türkiyədə Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlərə dəstək aksiyası

Hazırda Türkiyənin İstanbul şəhərində Azərbaycanla-Ermənistan sərhədində baş verən döyüşlərə dəstək aksiyası keçirilir.

İTV-nin hadisə yerində olan müxbiri xəbər verir ki, Beşiktaş meydanında keçirilən aksiyada azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları, Türkiyənin mədəniyyət və ictimaiyyət xadimləri iştirak edir.
Aksiyada “Azərbaycan, biz səninləyik”, “Qarabağ Azərbaycan yurdudur”, “Azərbaycan, yalnız deyilsən” şüarları səsləndirilib.

Daha sonra isə Beşiktaşda yerləşən Demokratiya abidəsinin önündən yürüş başlayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey