Şəhid polkovnik İlqar Mirzəyevin Gürcüstandakı yaxınları ziyarət olunub

Şəhid polkovnik İlqar Mirzəyevin Gürcüstanda yaşayan qohumları ziyarət olunub.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov şəhidin ata yurdu olan Saqareco rayonunun Qombori kəndinə baş çəkib. Diplomat İ.Mirzəyevin yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.

Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, ötən gün İ.Mirzəyevin xatirəsi doğulduğu Qardabani rayonunun Tbiltskaro (İstisu) kəndində anılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey