“Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları dərhal dayandırılmalıdır” – Nazir
“Gürcüstan Azərbaycan və Ermənistan sərhədində gedən prosesləri aktiv şəkildə izləyir”.
Bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Birinci kanala” müsahibəsində deyib.
Nazir bildirib ki, sərhəddə döyüş əməliyyatları dərhal dayandırılmalı və tərəflər barışığa nail olmalıdırlar.