Gürcüstanda illik inflyasiya 5,6%-ə yüksəlib – Ən çox bahalaşan 10 məhsul və xidmət
2026-cı ilin avqust ayında Gürcüstanda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,4% artıb, illik inflyasiya isə 5,6% təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (“Sakstat”) açıqladığı hesabatda bildirilib.
Rəsmi statistikaya əsasən, avqust ayında baza inflyasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% səviyyəsində qeydə alınıb. Tütün məhsulları nəzərə alınmadan hesablanan illik baza inflyasiyası isə 3,6% təşkil edib.
“Sakstat”ın məlumatları göstərir ki, ayrı-ayrı məhsul və xidmətlər üzrə qiymət artımı ümumi inflyasiya göstəricisini əhəmiyyətli dərəcədə üstələyib. İllik müqayisədə ən kəskin bahalaşma pomidorda qeydə alınıb. Belə ki, pomidorun qiyməti ötən ilin avqust ayı ilə müqayisədə 57,5% artıb.
2026-cı ilin avqustunda illik müqayisədə ən çox bahalaşan 10 məhsul və xidmət bunlardır:
- Pomidor – 57,5%
- Qəzet – 45,4%
- Soğan – 43%
- Dizel yanacağı – 40%
- 958 əyarlı qızıldan nikah üzüyü – 36,5%
- Kələm – 31%
- Jurnal – 30%
- Hava nəqliyyatı ilə sərnişindaşıma – 30%
- Elektrik enerjisi – 25%
- Hisə verilmiş balıq – 23%
Beləliklə, avqust ayında ən yüksək illik qiymət artımları əsasən ərzaq məhsulları ilə yanaşı, enerji, nəqliyyat və bəzi qeyri-ərzaq məhsulları üzrə qeydə alınıb.
