Gürcüstan azərbaycanlıları Tbilisidə etiraz aksiyası keçiriblər
Tbilisidə Gürcüstan parlamentinin yaxınlığında Qaracalar kənd sakinlərinin keçirdiyi aksiya başa çatıb.
“Dalğa tv” “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçılarının bir neçəsi parlamentə dəvət olunub.
Parlament nümayəndəsi məsələnin diqqətdə saxlanılacağını bildirib. Qanunverici orqanın işlə bağlı Apellyasiya Məhkəməsinə müraciət edəcəyi gözlənilir.