Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

“Dalğatv”  “AZƏRTAC”a istinadən  xəbər verir ki, görüşdə 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Birgə Bəyannaməsi əsasında sülh prosesinin irəlilədilməsi, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, sərhədlərin delimitasiyası və qarşılıqlı etimadın gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı, dəmir yolu və avtomobil yolu infrastrukturunun layihələndirilməsi, eləcə də regional tranzit imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə ötən ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün daşındığı qeyd edilib. Həmçinin iqtisadi-ticari əməkdaşlıq, elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd su ehtiyatlarının idarə olunması məsələlərinə toxunulub.

Liderlər sülh prosesində müsbət dinamikanın qorunmasının və regionda uzunmüddətli sabitliyin təmin edilməsi məqsədilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey