Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünü geniş işıqlandırıb

Ukraynanın aparıcı kütləvi informasiya vasitələri noyabrın 12-də Dublində Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşə geniş yer ayırıb.

“Dalğatv” “AZƏRTAC”a istinadən  xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “Tsensor”, “Korrespondent”, “Tribuna” və digər nüfuzlu informasiya agentlikləri və xəbər portalları görüşlə bağlı materiallar dərc edərək Azərbaycan-Ukrayna əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıblar.

Dərc olunan materiallarda bildirilir ki, dövlət başçılarının görüşündə Ukraynanın mühüm infrastruktur və logistika sahələrinə dəstək imkanları müzakirə edilib. Eyni zamanda, Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin ölkə iqtisadiyyatındakı iştirakı və Rusiyanın hücumlarına baxmayaraq, fəaliyyətlərini davam etdirməsi müsbət qiymətləndirilib.

Ukrayna mediasında yayımlanan xəbərlərdə, həmçinin görüş zamanı müharibə şəraitində ölkənin enerji və nəqliyyat sistemlərinin üzləşdiyi çətinliklərin diqqət mərkəzində olduğu qeyd edilib.

Materiallarda Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə etməsi də xüsusi vurğulanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey