Gürcüstan Prezidenti: Cənubi Qafqazın regional mərkəz kimi statusu gücləndirilməlidir

Dalğatv,  “APA”-ya istinadən xəbər verir ki , Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentdə illik hesabatla çıxışı zamanı ölkəsinin sülh siyasəti yürüdüyünü və bunu konkret addımları ilə sübut etdiyini bildirib.

Prezident vurğulayıb ki, bu siyasət yalnız Gürcüstan üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi baxımından fundamental əhəmiyyət daşıyır.

Mixeil Kavelaşvilinin sözlərinə görə, mövcud beynəlxalq vəziyyət nəzərə alındıqda, Gürcüstan qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində əsas ölkələrdən birinə çevrilmək potensialına malikdir. O qeyd edib ki, Gürcüstan Asiya, Avropa və Yaxın Şərq arasında iqtisadi inteqrasiyanın təşviqinə töhfə verə, Cənubi Qafqazın regional hab kimi mövqeyini gücləndirə və tərəfdaş dövlətlərlə əlaqələri daha da inkişaf etdirə bilər.

Prezident əlavə edib ki, bu istiqamətdə hökumət tərəfindən 2025-ci ildə mühüm addımlar atılıb. O, həmçinin qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və regionda sülhün möhkəmləndirilməsi məqsədi ilə Ermənistan, Azərbaycan və Türkiyəyə etdiyi səfərləri xüsusi qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey