Bu gecə Lerik, Yardımlı və İsmayıllı rayonlarında zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonunda saat 04:01-də yeraltı təkanlar qeydə alınıb. Piriqulu stansiyasından 15 km şimal-qərbdə baş verən zəlzələnin maqnitudası 3,7 olub. Zəlzələ ocağı Yerin 43 km dərinliyində yerləşib.

Bundan əlavə, saat 07:49-da Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonu ərazisində də zəlzələ baş verib. Episentrdə təkanların gücü 4 bala, Lerik, Yardımlı və ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.

Yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey