Suriyada devrilmiş Əsəd rejiminin tərəfdarları, əsasən Lazkiyə və sahil bölgələrində təhlükəsizlik qüvvələrinə hücumlar təşkil ediblər.
Suriyada devrilmiş Əsəd rejiminin tərəfdarları, əsasən Lazkiyə və sahil bölgələrində təhlükəsizlik qüvvələrinə hücunlar təşkil ediblər.Baş verən toqquşmalarda çox sayda hərbçi həyatını itirib. Bunun ardınca Müdafiə naziri Murhef Əbu Qəsrə bütün hərbi birliklərə döyüş bölgələrinə hərəkət etməyi əmr edib. Tartus və Homsda komendant saatı elan olunub.
Nazir, hərbi birliklərə vəziyyəti nəzarət altına almaq, mülki vətəndaşları və dövlət qurumlarını qorumaq üçün göstəriş verib. Döyüş bölgələrinə zirehli texnikanın da daxil olduğu əlavə qüvvələr göndərilib.
Suriyanın rəsmi xəbər agentliyi SANA, Əsəd tərəfdarlarının Lazkiyənin Beyt Ana kəndində təhlükəsizlik qüvvələrinə hücum etdiyini və nəticədə bir təhlükəsizlik əməkdaşının həlak olduğunu bildirib. Xəbərə görə, ölən və yaralananları xəstəxanaya aparmaq üçün hadisə yerinə göndərilən təcili yardım maşını da atəşə tutulub. Bölgədə gərginliyin hələ də davam etdiyi vurğulanıb.
Digər tərəfdən, Tartusda gecə saat 22:00-dan səhər 10:00-a qədər komendant saatı elan edilib. Homsda isə bu gecədən cümə səhərinədək eyni rejim tətbiq olunacaq.
Təhlükəsizlik qüvvələrinə pusqu quran qruplardan biri kimi tanınan və özünü devrilmiş rejimin komandanı elan edən Qayyas Delle, hazırkı rəhbərliyi devirmək məqsədilə hərbi şura qurduqlarını bəyan edib.