İranda hərbi helikopter qəzasında ölənlərin sayı artıb

İranda hərbi helikopter qəzasında ölənlərin sayı artıb

İranda hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Dalğatv “APA” ya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Hadisə İran ordusuna məxsus helikopterin qəzaya uğraması nəticəsində baş verib. “Tasnim” agentliyinin məlumatına görə, qəza İsfahan əyaləti yaxınlığında yerləşən Darç şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumatda bildirilib ki, hadisə nəticəsində pilot və onun köməkçisi həlak olub. Sonradan ölənlərin sayının 4 nəfərə çatdığı açıqlanıb.

Məlumata əsasən, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey