Son Dəqiqə! – Qarabağda ermənilərlə ruslar arasında atışma baş verdi
Ağdamda Rusiya sülhməramlıları ilə erməni hərbi qüvvələri arasında atışma baş verdiyi haqda məlumat yayılıb.
Bu haqda Rusiya Teleqram kanalları yazıb. İddia edilir ki, erməni hərbi birləşmələri təslim olmaqdan və ərazini təhvil verməkdən imtina edirlər.
Bir neçə hərbi birləşmə komandiri baş terrorçu Araik Arutyunyanın iştirakı ilə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla danışıqlar aparır.
Erməni komandirlər şərt irəli sürürlər ki, Paşinyanın imzaladığı kapitulyasiyanı tanımırlar. Onlar Qarabağın “müstəqilliyinin” tanınmasını tələb edirlər. Əks təqdirdə, istənilən ordu ilə döyüşəcəklərini deyirlər.