Müxalifət üzvləri Nika Melianın saxlanıldığı həbsxananın qarşısında aksiya keçiriblər
Müxalif partiyaların nümayəndələri və mülkü fəallar Rustavinin 12-ci cəzaçəkmə müəssisəsi qarşısında aksiya keçiriblər.
Onlar həmin müəssisədə həbsdə olan “Vahid Milli Hərəkat”ın lideri Nika Melianın azad olunmasını tələb ediblər.
Aksiya iştirakçıları ilk öncə Tbilisinin Respublika Meydanına toplaşaraq oradan avtomobil karvanı ilə Rustavinin 12-ci cəzaçəkmə müəssisəsinə gediblər.
Onlar həbsxana qarşısında “Qavrilovun şəxsi məhbusuna azadlıq” plakatı açıb müxtəlif sloqanlar səsləndirərək Nika Meliaya dəstək olduqlarını bildirib və onun azad olunmasını tələb ediblər.
Aksiya iştirakçıları yekun olaraq həbsxana qarşısında ölkə himnini səsləndiriblər.