Paytaxt Tbilisidə minlərlə insan etiraz aksiyası keçirdi

Rioninin Namaxvani ərazisində tikilməsi planlaşdırılan SES-in dayandırılması tələbi ilə Tbilisidə Respublika Meydanında etiraz aksiyası keçirilib.

Aksiyaya bölgələrdən gələn vətəndaşlarla birgə paytaxt sakinləri də qatılıblar.

Etirazçılar hökumətdən Türkiyənin “Enka” şirkəti ilə bağlanan müqavilənin ləğv edilməsini və şirkətin Rioni dərəsini tərk etməsini tələb edirlər.

Aksiyada iştirak edənlər, Rioni dərəsində aparılan işlər dayandırılmasa aksiyaların daha da genişlənəcəyini bildiriblər. Onların sözlərinə görə, tək İqdisadiyyat naziri Natia Turnava deyil, konkret sənədləri imzalayanların hamısına qarşı cinayət işi başlamalıdır.

Qeyd edək ki, aksiya keçirilən əraziyə çox sayda hüquq mühafizə orqanın əməkdaşları cəlb olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey