Nazirdən qorxunc açıqlama: “Gürcüstanda virusun üçüncü dalğası…”
“Gürcüstanda virusun üçüncü dalğası fevral ayının ikinci yarısında baş verəcəyi ehtimal olunur”.
Bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstan infeksiyanın yayılması ilə bağlı daha təsirli olmalıdır:
“Dünya üçüncü dalğadan danışarkən, əlbəttə ki, Gürcüstan istisna ola bilməz. Bunun üçün dünya təcrübəsindən istifadə etmək və önəmli məsələləri mənimsəmək lazımdır. Üçüncü dalğa üçün yalnız hazırlıq komponentində deyil, həm də infeksiyanın yayılmasını minimuma endirmək üçün nəzarət komponentinə hazırlaşmalıyıq. Buna diqqət yetirməli və infeksiyanın yayılmasının qarşısının alınma epizodunda daha təsirli olmalıyıq. Çox güman ki, üçüncü dalğa fevralın ikinci yarısından ola bilər”, – deyə Tikaradze bildirib.