Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana və Ermənistana səfər tarixləri açıqlanıb
Gürcüstan Prezidenti Mixail Kavelaşvili apreldə Azərbaycana, daha sonra isə Ermənistana rəsmi səfər edəcək. Onun beynəlxalq əlaqələr üzrə müşavirinin verdiyi məlumata görə, Azərbaycan səfəri 14-15 aprel tarixlərində baş tutacaq və bu, Kavelaşvilinin prezident kimi ilk xarici səfəri olacaq. Ayın sonunda isə Ermənistan ziyarəti planlaşdırılır.