Gürcüstan parlamentinin sədri və bir qrup deputat NATO-nun baş ofisində olublar
Gürcüstan parlamentinin yeni seçilmiş sədri Şalva Papuaşvili və bir qrup deputat Brüssel şəhərində yerləşən NATO-nun baş ofisində olublar.
Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirlir ki, ölkə parlamentinin sədri və deputatlar bu gün NATO baş katibinin müavini Mirça Coana ilə bir araya gəliblər.
Papuaşvili bildirib ki, görüş zamanı NATO nümayəndələri Gürcüstanın ərazi bütövlüyü və süverenliyinə bir daha dəstək ifadə ediblər:
“NATO komissiyasının iclasında bir daha NATO üzvü olan bütün ölkələrin nümayəndələri tərəfindən Gürcüatanın ərazi bütövlüyü və süverenliyinə həmçinin, NATO-ya qəbul olmaq barəsində ölkəmizin istəyinə dəstəyini gördük. Önəmli məqamdır ki, tezliklə Madriddə NATO-nun sammiti baş tutacaq və digər məsələlərlə birlikdə alyansın yeni strategiyası və bu strategiyanın yaradılmasında Gürcüstanın iştirakı məsələsi də müzakirə ediləcək”, – deyə parlament sədri Papuaşvili əlavə edib.