Prezident Salome Zurabişvili Saakaşvilinin əfvi barədə danışdı…
“Eks-prezident Mixeil Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız gərginləşdirə bilər”.
Bu sözləri Prezident Salome Zurabişvili jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, Saakaşvilini əfv etməsi ölkədəki siyasi gərginliyi nəinki azalda, hətta daha da artıra bilər:
“Əminəm ki, Saakaşvilinin əfv edilməsi Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq.
Zənnimcə heç kim mənə verdiyin sözü yerinə yetirmirsən deyə bilməz. Mən ümumiyyətlə verdiyim sözlərə əməl edirəm. Bu da bir güvən anıdır. Nümunə olaraq deyim ki, Uqulava, Okruaşvili, Ruruanın əfvini ictimaiyyət gördü. Onların əfvi nə qədər həssas məsələ olsa da, cüzi depolarizasiya istiqamətində addım ata biləcəyimi düşünəndə mən o addımı atdım.
Sabiq prezidentin Gürüstana dönməsi qütbləşməyə aparan addımlardan biri olub. Mən əlavə qütbləşməyə gətirib çıxaracaq heç nə etməyəcəyəm”, – deyə S. Zurabişvili bildirib.
Prezident həmçinin, Bidzina İvanişvili ilə münasibətlərindən də danışıb:
“Artıq il yarımdır ki, Bidzina İvanişvili ilə heç bir əlaqəm yoxdur. Ona siyasi partiyalar arasında dialoq məsələsini izah edərək, təklif ünvanladım. O, isə mənə artıq siyasətdə deyiləm cavabı verdi”, – deyə Prezident bildirib.