Qaribaşvili: “Gürcüstan və Azərbaycan birgə layihələr həyata keçirməyi davam etdirəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik”.

Bu sözləri Baş nazir İrakli Qaribaşvili feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə birgə səylərlə reallaşdırılan uğurlu regional əhəmiyyətli layihələr xüsusilə qeyd olunub:

“Biz birgə önəmli layihələr həyata keçirmişik. Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.

İ.Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib:

“İlham Əliyevi Tbilisidə qəbul etməkdən çox məmnun olaram”, – deyə Baş nazir qeyd edib.

Azərbaycanda səfərdə olan Baş nazir İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabanı, Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey