Tbilisidə Xocalı faciəsinin ildönümü ilə bağlı qanvermə aksiyası keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər çərçivəsində könüllü qanvermə aksiyası təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, diplomatik nümayəndəliyin inzibati binasında keçirilən aksiyada ilk olaraq Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov qan veriblər.

Könüllü qan verənlər arasında səfirlik əməkdaşları, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları, azərbaycanlı iş adamları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin işçiləri və soydaşlarımız da olub.

Gün ərzində davam edəcək qanvermə aksiyasında toplanacaq qan Natalia Kvantaliani adına Mərkəzi Qan Bankında saxlanılacaq və ehtiyacı olan şəxslərin əksəriyyətinə təmənnasız olaraq təqdim olunacaq.

Faciənin ildönümü ilə bağlı səfirliyin foyesində Xocalı qətliamını əks etdirən fotoşəkillər də sərgilənib. Diplomatik nümayəndəlikdə Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey