Gürcüstan Prezident Administrasiyası: Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa etməlidir
“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın fəaliyyətini bərpa etməsinə ehtiyac var”.
Bu barədə Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında sərhədin delimitasiyası olduqca vacibdir: “Gürcüstan və Azərbaycan prezidentlərinin əldə etdiyi razılaşmaya əsasən, iki dost ölkə arasında sərhədin delimitasiyası üzrə komissiya işini vaxtında bərpa etməlidir”.