Məhkəmə İrakli Qaribaşvili barəsində girov qərarı verib
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili barəsində bir milyon lari məbləğində girov qətimkan tədbiri seçilib.
Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Eka Barbakadze qəbul edib.
Məhkəmənin qərarına əsasən, İrakli Qaribaşvilinin pasportu müsadirə edilib və onun ölkəni tərk etməsinə qadağa qoyulub.
Qeyd edək ki, İrakli Qaribaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “c” bəndi ilə ittiham irəli sürülüb. Həmin maddə xüsusilə külli miqdarda gəlir əldə etməklə müşayiət olunan qanunsuz gəlirlərin leqallaşdırılması (yuyulması) ilə bağlıdır.
