Aİ səfiri: “Gürcüstan bizə daha da yaxınlaşmaq əvəzinə uzaqlaşır”

“Mənim və Avropa İttifaqının digər səfirlərinin üzərinə şəxsi hücumlar olunur, lakin ən azından mənim tərəfimdən deyə bilərəm ki, bunu şəxsi qəbul etmirəm, sadəcə işimi mümkün qədər yaxşı etməyə çalışıram”.

Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Hercinski Gürcüstanın yüksək vəzifəli siyasi şəxslərinin tənqidlərinə cavab olaraq qeyd edib.

O bildirib ki, Avropa İttifaqının qapısı Gürcüstan üçün 2023-cü ilin dekabrından etibarən açıqdır, lakin Gürcüstan rəsmi olaraq namizəd ölkə olmasına baxmayaraq Aİ-yə yaxınlaşmaq əvəzinə ondan uzaqlaşır.

“Fərqli siyasətçilərin etdikləri şərhlərə şərh verməyəcəyəm. Bu mənim işim deyil. Mənim işim Avropa İttifaqının mövqeyini təqdim etməkdir. Təəssüf ki, Avropa İttifaqına qarşı hücumlar davam edir və hətta artıb. Bu çox təəssüf doğurur, lakin biz heç yerə getmirik, burada qalırıq. Bizim qapımız Gürcüstan üçün 2023-cü ilin dekabrından açıqdır. Gürcüstan rəsmi olaraq Avropa İttifaqının üzvlüyünə namizəd ölkədir və bu qapıdan keçməsi Gürcüstan hökumətindən asılıdır. Gürcüstan Aİ-yə namizəd ölkə olduqdan sonra biz tam əksini müşahidə edirik, Gürcüstan bizə daha da yaxınlaşdırmaq əvəzinə uzaqlaşır. Bəli, bu çox təəssüf doğurur. Mənim və digər Aİ səfirlərinin üzərinə şəxsi hücumlar edilir, lakin ən azından mən deyə bilərəm ki, bunu şəxsi qəbul etmirəm və sadəcə işimi mümkün qədər yaxşı etməyə çalışıram”, – deyə diplomat söyləyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey